28 
Mar
2017
13:15
91
28
1363
Virtual karabakh

Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır

28 Mar, 2017
13:15
1363

Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hazırda Cinayət Məcəlləsinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə görə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 

Dəyişikliklə cərimənin miqdarının 500 manatdan 1000 manatadək artırılması təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri