19 
Apr
2017
11:56
45
205
13608
Virtual karabakh

DİN sabiq rəisin ölümü barədə məlumat yayıb – YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) sabiq rəisin ölümü barədə məlumat yayıb.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, aprelin 19-na keçən gecə Göyçay rayonunun Xəlitli kəndində rayon sakini Xəyal Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı su arxına aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, X.Məmmədov Göyçay Rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışıb və bir ay öncə işdən azad edilib.

08:36

Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, hadisə ötən gecə saat 1:00 radələrində Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb. Rayonun Çayarxı kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlu özünə məxsus “Toyota Camry” markalı minik avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı Xəyal Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, polis kapitanı Xəyal Məmmədov bir neçə il idi ki, Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışırdı və bir ay öncə işdən çıxarılmışdı.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.     

A.S.
www.oxu.az

 

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Cəmiyyət xəbərləri