26 
Apr
2017
09:09
68
387
30985
yuxarı
İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
26 Apr, 2017
09:09
30985
68
387
İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
Daxili işlər naziri Ramil Usubov DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis müavini təyin edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin sərəncamına əsasən, bu vəzifə polis polkovniki İsmayıl Əsədova həvalə edilib.
Xatırladaq ki, bir qədər öncə Ramil Usubov İsmayıl Əsədovun Kürdəmir Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalamışdı.
İ.Əsədov, həm də tez-tez iş yeri dəyişdirilən rəis kimi tanınır. Belə ki, o, Kürdəmirdən əvvəl Nərimanova təyin olunmuş və bir ay sonra vəzifədən azad edilmişdi. Ondan əvvəl isə Sabunçunun rəisi olan İ.Əsədov sözügedən rayonda qohumlarının çox olduğunu əsas gətirərək yerinin dəyişdirilməsini nazir Ramil Usubovdan istəmişdi və istəyi nəzərə alınmışdı.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
27 
Apr
2024
01:07
DİQQƏT: Daha bir yola bitum dağıldı - Təhlükəli vəziyyət yarandı + FOTO/VİDEO
1
12
561
26 
Apr
2024
20:16
MTK və sakinlər qarşı-qarşıya: “Yeddi ildir kirayədə yaşamağa məcburuq” - VİDEO
48
58
1824