26 
Apr
2017
17:15
27
507
15479
Virtual karabakh

Qızına aldığı cehizin pulunu verə bilməyən qadına 9 illik həbs cəzası verildi

26 Apr, 2017
17:15
15479

Qızına aldığı cehizin pulunu verə bilməyən qadına 9 illik həbs cəzası verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ş.Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ş.Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb, pulu verməyib. Buna görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri