27 
Apr
2017
15:51
119
168
7096
Virtual karabakh

Bakıda heyvanlar üçün klinika və mehmanxana yaradılıb – FOTO

27 Apr, 2017
15:51
7096

Bakıda heyvanlar üçün klinika və mehmanxana yaradılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Şamaxı magistral yolunun 15-ci kilometrliyində yerləşən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi (AARC) 2009-cu ildən fəaliyyətdədir.

Oxu.Az Modern.az istinadən xəbər verir ki, mərkəzin təsisçisi artıq 20 ildən çoxdur Azərbaycanda yaşayan Hədiyə xanım Roşanzamirdir.

Mərkəzdə hazırda 50-dən çox heyvansevər bir kollektiv toplanıb. Burada 150-dən çox heyvana baxılır, onlara hər cür qulluq göstərilir.

2012-ci ildən fəaliyyətini yeni məkanda davam etdirən AARC 4 hektarlıq sahəyə, müasir baytarlıq klinikasına sahibdir.

Bu ərazini illərdir Azərbaycanda yaşayan iş adamı Əhədpur Xangah hədiyyə edib.

2009-cu ildən bəri sahibsiz heyvanların sayının nəzarətdə saxlanılması üçün AARC Qısırlaşdırma/Axtalama proqramları keçirir.

Həmçinin özünə dost axtaran hər kəs buradan sevdiyi sahibsiz bir heyvanı himayəsinə götürə bilər. Bunun üçün isə müvafiq forma doldurulmalıdır. Sahiblənmə formasını dolduran şəxs 20 yaşdan yuxarı olmalıdır. Ailəsi ilə birgə yaşayırsa, ailəsinin də razılığı mütləqdir. Sahiblənən şəxsə heyvanların qayğısına necə qalmaq barədə ətraflı məlumat verilir. Burda heyvanlar satılmır, himayəyə verilir. Kiçik bir ödəniş var, bu da onlara ölçülən qiymət deyil.  

AARC-də, həmçinin fərdi şəxslərin heyvanlarının saxlanılması üçün mehmanaxana da xidmət göstərir. Uzun səfərə çıxanlar əgər sevimli heyvanlarını özləri ilə birgə götürə bilmirlərsə, heyvanlarını burada 24 saat fəaliyyət göstərən mehmanxananın heyvansevər işçilərinə əmanət edə bilərlər.

Klinika müasir standartlara cavab verən aparatlarla təchiz olunub. Burada hər cür cərrahiyyə əməliyyatları aparılır. Rəqəmsal rentgen, ultrasəs müayinə, laboratoriya və stomatologiya da var.  Baytarlardan üçü İran vətəndaşı, biri isə azərbaycanlıdır.

Küçədə xəstə və ya şikəst edilmiş heyvanla rastlaşsanız, bu barədə mərkəzə aşağıdakı telefon nömrələri vasitəsilə məlumat verə bilərsiniz:

 (+994 50/55) 355 17 17

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri