24 
May
2017
12:50
66
74
2230
Virtual karabakh

Avropa İttifaqı Azərbaycanda efirə çıxır

24 May, 2017
12:50
2230

Avropa İttifaqı Azərbaycanda efirə çıxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı Nümayəndəliyi, ADA Universiteti və “ASAN Radio” Avropa və Avropa İttifaqı barədə “AvropadASAN” adlı birgə proqramı “ASAN Radio”da efirə çıxacaq.

Oxu.Az-a Aİ-nin nümayəndəliyindən verilən məlumata görə, proqramın məqsədi Azərbaycan ictimaiyyəti ilə Avropa arasında anlaşma körpülərini qurmaqdır.

“AvropadASAN” bir saatlıq radioverilişi olub, Avropa ilə bağlı təhsil, informasiya və əyləncəli xəbərlərdən bəhs edəcək və musiqi ilə müşayiət olunacaq. Verilişə Avropa İttifaqında mədəniyyət, təhsil, səyahət, musiqi dünyasının ən son trendləri barədə məlumatlar daxil olacaq. Ölkədə səfərdə olan və ya yaşayan avropalı rəssamlar, ifaçılar və iş adamları, eləcə də Avropada yaşamış azərbaycanlılar da verilişin qonaqları olacaq.

“AvropadASAN” Azərbaycanda baş tutacaq Avropa mədəniyyət tədbirlərindən danışacaq. 

“Yeni radio proqramının məqsədi Avropa İttifaqı və ona üzv dövlətlərin zəngin mədəni müxtəlifliyini nümayiş etdirmək və Azərbaycan ictimaiyyətinin Avropanı daha asan tanımasını təmin etməkdir. “AvropadASAN”-ın interaktiv olmasını istərdik, dinləyicilərimizin şərh və rəy verəcəyinə ümid edirik”, - deyə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard bildirib.

“AvropadASAN” 100 FM radio tezliyində hər ayın birinci və üçüncü çərşənbə axşamı günləri saat 18.30-19.30-da efirə veriləcək, hər ayın ikinci və dördüncü cümə axşamı günlərində saat 14:00 - 15:00-da təkrarlanacaq. Proqramın ilk qonağı Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard olacaq.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri