24 
May
2017
19:31
14
280
12635
Virtual karabakh

Məktəbin həyətində tikinti qalmaqalı: Olmaz da qaqaş, niyə çəkirsən, ala? – VİDEO

24 May, 2017
19:31
12635

Məktəbin həyətində tikinti qalmaqalı: Olmaz da qaqaş, niyə çəkirsən, ala? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5 və 16 nömrəli məktəblərin idman meydançası tikinti şirkətlərinə satılıb və orada hündürmərtəbəli binalar ucaldılıb.

Oxu.Az-ın ARB 24-ə istinadən verdiyi məlumata görə, hazırda analoji hadisə 21 nömrəli orta məktəbin idman meydançasında yaşanır. 

Həmin ərazidə yaşayan sakinlər təhsil müəssisəsinin stadionunun qəsdən dağıdıldığını və qeyri-qanuni olaraq tikintinin aparıldığını deyirlər. Əlavə etdilər ki, faktla bağlı Təhsil Nazirliyinə müraciət edilib və qurumdan bildirilib ki, burada heç bir tikinti aparılmayacaq.

Bundan başqa, məktəbin yolu da dağılaraq bərbad vəziyyətə salınıb. Sakinlər deyirlər ki, əvvəllər burada asfalt örtüyü olub və yolu bu hala ağır tonnajlı yük maşınları gətirib çıxarıb. 

Məsələ ilə bağlı 21 nömrəli məktəbin direktoru müxtəlif bəhanələrlə suallara cavab verməkdən imtina etdi. Yalnız bildirdi ki, stadionda heç bir tikinti işləri aparılmayacaq. Yaxınlıqda hündürmərtbəli binalar inşa edən şirkətdən isə cavab verən olmadı. Əksinə çəkilişə mane olmağa çalışdılar.

Mühafizə xidmətinin əməkdaşı çəkilişə özünəməxsus şəkildə etiraz edib: 

“Niyə çəkirsən ala?! İcazə yoxdur. Get o tərəfi çək də qaqaş. Mənə deyiblər ki, olmaz. Maaşa işləyən adamam”.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən bildirdilər ki, mövcud vəziyyətdən xəbərləri var. 
Qapalı mini futbol meydançası yaradılıb, həmin ərazidə tikinti işlərinin qanuni şəkildə həyata keçirilməsi üçün sənədləşmə işlərinə başlanılıb.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri