27 
İyn
2017
14:09
10
236
4837
Virtual karabakh

Ağcabədi sakini əməliyyat masasında ölüb

27 İyn, 2017
14:09
4837

Ağcabədi sakini əməliyyat masasında ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, rayonun Qiyaməddinli kənd sakini 59 yaşlı Zahid Quliyev həyətlərində təsərrüfat işləri ilə məşğul olarkən hündürlükdən yıxılıb.

Nəticədə onun ayağı sınıb və dərhal xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Lakin Z.Quliyev əməliyyat zamanı dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, onun ölümünə səbəb həkim səhlənkarlığı olub. Belə ki, həkimlər səhvən Z.Quliyevin ayağında arterial damarı kəsib və o, çoxlu qan itirməsi səbəbindən ölüb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri