22 
İyl
2017
18:32
543
98
24265
Virtual karabakh

Bakıda polisdən nümunəvi addım - FOTO + YENİLƏNİB

22 İyl, 2017
18:32
24265

Bakıda polisdən nümunəvi addım - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Azadlıq prospektində baş verən hadisənin bəzi təfərrüatları məlum olub.

Oxu.Az-ın xəbərinə görə, yolda qəfildən halı dəyişən şəxs turist yox, Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri polisin səhhətində problem yaşanan şəxsə kömək etməsini, onun məhz turist olması ilə əlaqələndiriblər. Göründüyü kimi onlar yanılıblar.

12:36

Bakıda turistin halı pisləşib.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün Azadlıq prospektində baş verib.

Belə ki, turist yolda gedərkən epileptik tutma səbəbindən qəflətən yıxılıb və huşunu itirib. Turistin yerə yıxıldığını görən polis onun özünə gəlməsinə yardım edib. 

Azərbaycan polisi bu hərəkəti ilə turistin həyatını xilas edib. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri