25 
İyl
2017
11:11
10
506
6577
Virtual karabakh

Binadan yıxılan bir yaşlı uşaq öldü – YENİLƏNİB

25 İyl, 2017
11:11
6577

Binadan yıxılan bir yaşlı uşaq öldü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda binanın pəncərəsindən yıxılan bir yaşlı qız vəfat edib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Abay Kunanbayev küçəsi, bina 3, mənzil 37 ünvanında yaşayan və nəzarətsiz qalması nəticəsində 3-cü mərtəbədəki mənzilin pəncərəsindən yıxılaraq ağır xəsarət alan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızının həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, 1 yaşlı Rüqayyə yenicə yeriməyə başlayıbmış və evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

23.07.2017 14:54

Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi bina 3 mənzil 37 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri