26 
İyl
2017
18:40
291
50
9213
Virtual karabakh

Son illər Azərbaycanı tərk edənlərin sayı – STATİSTİKA

26 İyl, 2017
18:40
9213

Son illər Azərbaycanı tərk edənlərin sayı – STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1990-cı illə müqayisədə ötən illərdə əhalinin beynəlxalq miqrasiyası arasında kəskin fərq qeydə alınıb.

Oxu.Az Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1990-cı ildə ölkəyə daimi yaşamaq üçün gələnlər 84,3 min nəfər, həmin il ölkədən daimi yaşamaq üçün gedənlər isə 137,9 min nəfər olub. 1991-ci ildə gələnlər 66,3 min nəfər, gedənlər 106,4 min nəfər təşkil edib.

1995-ci ildə ölkəyə gələnlər 6,2 min nəfər, gedənlər isə 16,0 min nəfər təşkil edib.

2000-ci ildə gələnlər 4,4, gedənlər 9,9 min nəfər, 2005-ci ildə gələnlər 2,0 min, gedənlər 2,9 min, 2010-cu ildə gələnlər 2,2 min nəfər, gedənlər 0,8 min nəfər təşkil edib.

2015-ci ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2010-cu illə müqayisədə gələnləri daha çox üstələyib. Belə ki, qeyd olunan il ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2,7 min nəfər, gedənlər isə 1,6 min, 2016-cı ildə isə yaşamaq üçün gələnlərin sayı 3,2 min nəfər, daimi yaşamaq üçün gedənlərin sayı isə 1,7 min nəfər təşkil edib.

Ümumiyyətlə, 1990-cı ildən 2017-ci ilə qədər ölkəyə daimi yaşamaq üçün 283,6 min nəfər gəlib. Bu müddət ərzində daimi yaşamaq üçün ölkədən gedənlərin sayı isə 453,8 min nəfər olub. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri