16 
Avq
2017
12:23
166
23
7546
Virtual karabakh

Sabah hava yağışlı olacaq

16 Avq, 2017
12:23
7546

Sabah hava yağışlı olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, lakin səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi  əsəcək.

Havanın temperaturu gecə  21-24° isti, gündüz  29-34° isti, Bakıda gecə  21-23° isti, gündüz  30-32° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  762  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  65-75 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°, gündüz  21-26° isti olacağı gözlənilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri