23 
Avq
2017
11:04
12
119
5321
Virtual karabakh

2 uşaq atası toyda itkin düşdü

23 Avq, 2017
11:04
5321

2 uşaq atası toyda itkin düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli rayonunda 37 yaşlı kişi itkin düşüb.

Oxu.Az xəbər verir ki, Füzuli rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, hadisə avqustun 13-də baş verib. Bakı şəhərində yaşayan, 1980-ci il təvəllüdlü Anar Xaliq oğlu Əliyev avqustun 12-də Füzuli rayonunun Kərimbəyli kəndinə atasının evinə gəlib. 

O, ayın 13-də kənd ərazisindəki "Melisa" şadlıq evində qohumunun toy mərasimində iştirak edəndən sonra şadlıq sarayını tərk edərək naməlum istiqamətə yollanıb və geri qayıtmayıb.

Avqustun 14-də A.Əliyevin atası polisə oğlunun itkin düşməsi barədə müraciət edib.

Hazırda rayon polis şöbəsi 2 azyaşlı uşaq atası olan A.Əliyevin axtarışlarını davam etdirir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri