23 
Avq
2017
12:07
32
276
4502
Virtual karabakh

Bakıda iranlı turistə hücum edən xoruzun başını kəsdilər

23 Avq, 2017
12:07
4502

Bakıda iranlı turistə hücum edən xoruzun başını kəsdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ev quşu İrandan Azərbaycana səyahətə gələn ailənin 3 yaşlı uşağına hücum edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. Belə ki, İrandan Azərbaycana gələn ailə Qara Qarayev prospektində yerləşən restoranların birinə müştəri kimi daxil olub. Ailə orada olan zaman 3 yaşlı Araz Nofel Nejat oğlu restoranın həyətində xoruzun hücumuna məruz qalıb. 

Xoruz uşağın üz nahiyəsinə xəsarət yetirib. Uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ailə başçısı Araz Nejat restoran sahibinə öz iradını bildirib və polisə şikayət edəcəyini deyib. Restoran sahibi həmin xoruzun başını kəsdirib. Buna baxmayaraq, N.Araz Nizami Rayon Polis İdarəsinə şikayət edib. Polis əməkdaşları restoran sahibinin izahatını alıb. O izahatında qeyd edib ki, restoran ərazisində bir daha ev quşları nəzarətsiz qalmayacaq.

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri