19 
Sen
2017
18:21
42
550
28794
Virtual karabakh

Azərbaycanlı ata öz qızlarını erməni sevgilisinə verdi – VİDEO

19 Sen, 2017
18:21
28794

Azərbaycanlı ata öz qızlarını erməni sevgilisinə verdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada yaşayan azərbaycanlı kişi iki qızını erməni qadının himayəsinə verib. Bu barədə Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib.

Oxu.az goldnews.az-a istinadən xəbər verir ki, Aydın adlı azərbaycanlı 15,17 yaşlı qızlarını erməni qadına etibar edib. Verilişə şikayətçi qismində qatılan qadın kürəkəninin iki qız övladını birlikdə yaşadığı erməni qadına əmanət etdiyini bildirib. Nənə erməni qadının onun nəvələrinə əziyyət verdiyini diqqətə çatdırıb.

Lakin kürəkən yayılan xəbərləri təkzib edib. O, nənənin uşaqlarını ona qarşı qaldırdığını qeyd edib.

"Mən uşaqlarımı heç kimə etibar etməmişəm. Övladlarıma mən və bacım baxırıq", - deyə verilişə zəng edən ata bildirib.

C.İ.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri