12 
Okt
2017
23:50
383
25
10063
yuxarı
İŞİD-dən xilas edilən Abdulla Azərbaycana gətirilib
12 Okt, 2017
23:50
10063
383
25
İŞİD-dən xilas edilən Abdulla Azərbaycana gətirilib
İraqda “İslam Dövləti”nin darmadağın edilməsindən (hələlik tam başa çatdırılmamış) sonra valideynləri tərəfindən regiona gətirilmiş və ya orada doğulmuş uşaqlar öz ölkələrinə qaytarmağa başlayıblar.
Oxu.Az Virtualaz.org-a istinadən məlumatına görə, körpələrin əksəriyyəti valideynlərini, bəziləri isə hətta doğma qardaş və bacılarını da itiriblər.
İnternetdə İraqdakı uşaq evlərindən birinə gətirilmiş dörd yaşlı azərbaycanlı Abdulla ilə bağlı videomaterial yayılandan sonra Azərbaycan səfirliyinin konsulu Zəbi Axundov həmin uşağın Vətənə göndərilməsini təşkil etmək üçün bütün gücünü sərf edib.
Uşağın göyərtəsində olduğu təyyarə təxminən iki saat əvvəl Bakıya enib. Abdullanın uçuş xərcini ölkənin Xarici İşlər Nazirliyi ödəyib.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək