19 
Okt
2017
13:25
19
297
15412
Virtual karabakh

Eldar Əzizov 2 trillionluq korrupsiyadan danışdı – FOTO

19 Okt, 2017
13:25
15412

Eldar Əzizov 2 trillionluq korrupsiyadan danışdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail Rayon İcra Hakimiyyətində keçirilən 2017-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş geniş yığıncaqda hesabat dövründə ölkədə və Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Oxu.Az-ın məlumatına görə, məruzə ərtafında çıxışlar zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bəzi kütləvi informasıya vasitələrində Azərbaycandakı korrupsiya halları ilə bağlı gedən yazılara cavab olaraq bildirib ki, Beynəlxalq Valyuta Fondunun rəsmi açıqlamalarına görə hər il dünya iqtisadiyyatı korrupsiya halları ilə bağlı 2 trillion dollardan çox vəsait itirir və bu rəqəmin tərkibində Azərbaycan və onun iqtisadiyyatının həcmini çox çətin ki, görmək olsun.

Bu məbləğdə vəsait itkisinə qadir olan dövlətləri sadalamağa isə ehtiyac yoxdur.

Azərbaycana gəldikdə isə aparılan islahatlar, görülən işlər, o cümlədən “Asan xidmət”in yaradılması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətdə şəffaflığın atrması, gömrük sistemindəki islahatlar ölkədə neqativ halların ciddi surətdə zəifləməsi ilə nəticələnib.

Eldar Əzizov bildirib ki, “ölkədə cəmiyyət təmizlənir, iqtisadiyyat inkişaf edir, ciddi islahatlar gedir. Bütün bunlar da dahı insan - ölkə başçımız İlham Əliyevin fəaliyyətinin nəticəsidir”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri