20 
Okt
2017
17:58
18
164
3192
Virtual karabakh

Azərbaycanda təqaüd alan tələbələrin xüsusi çəkisi azaldı

20 Okt, 2017
17:58
3192

Azərbaycanda təqaüd alan tələbələrin xüsusi çəkisi azaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin ümumi sayında artım olsa da, təqaüd alanların xüsusi çəkisi 2000-ci illə müqayisədə xeyli azalıb və azalmaqda davam edir.

Oxu.Az xəbər verir ki, Report-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2016-2017-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alır.

2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində təqaüd alanlar 37,3 faiz təşkil edib.

Qeyd edək ki, 2000-2011-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri