29 
İyn
2018
10:16
296
60
19577
Virtual karabakh

Tıxacda gülən sürücülər - FOTO

Bir neçə gündür Bakı-Sumqayıt yolundakı tıxac sürücülərin və sərnişinlərin narazılığına səbəb olub. 

Oxu.Az xəbər verir ki, tanınmış DJ və “Avtostop” verilişinin aparıcısı Tural Yusifov tıxacda sürücüləri az da olsa, stresdən uzaq tutmaq məqsədilə maraqlı yarış keçirib. 

Belə ki, “Sürücü təbəssümü” adlanan müsabiqəyə tıxacda qalan sürücülər gülən fotolarını göndərib. 

1278 iştirakçı arasında seçilən qaliblərə hədiyyələr verilib.

“Əslində bu yarışmanı diş məcunu bir marka ilə edə bilərdik. Hamısı ekspromt oldu. Sumqayıt yolunun bağlanması və “Sürücü təbəssümü” yarışması. Tıxacda sürücüləri az da olsa stresdən uzaq tutduq. 3 saat ərzində 1278 iştirakçı. Məncə radio efirdə belə bir şey olmayıb. Hamısı möhtəşəm idi. Şəkillərə baxdıqca qeyri-ixtiyari adamın üzündə təbəssüm yaranır. Qalibləri təbrik edirəm”- deyə T.Yusifov “Facebook” hesabında qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri