31 
Avq
2014
01:41
21
95
7633
Virtual karabakh

Azərbaycanda “WhatsApp” biabırçılığı

31 Avq, 2014
01:41
7633

Azərbaycanda “WhatsApp” biabırçılığı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əli Səmədovun dediyinə görə, onu döyən Rəşad Mirzəyev idmançıdır.

“WhatsApp”dakı söhbət dava ilə nəticələnib.

Oxu.Az EL TV-yə istinadən bildirir ki, Ağcabədi rayonunun “Ağ göl” ərazisində müvəqqəti məskunlaşan Laçın rayonunun Şeylanlı kənd sakini Əli Səmədovqohumu tərəfindən döyülüb. 

Onun bildirdiyinə görə, Bərdə rayonu ərazisində yaşayan həmkəndlisi Rəşad Səlim oğlu Mirzəyev ilə telefonda “WhatsApp” vasitəsi ilə söhbət ediblər. Bir müddətdən sonra qohumu ona qarşı zarafat etmək adı ilə təhqiramiz söz işlədib. Əli Səmədov ona bu cür zarafat etməməyi məsləhət görüb. Onun bu xəbərdarlığından sonra tərəflər arasında mübahisə yaranıb. Bir müddət davam edən mübahisədən sonra Rəşad Mirzəyev onunla görüşərək söhbətə son qoymağı təklif edib. Onların görüşü isə dava ilə nəticələnib və Əli Səmədov döyülüb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.  

Əli Səmədovun dediyinə görə, onu döyən Rəşad Mirzəyev idmançıdır. Artıq onunla bağlı Ağcabədi Rayon Polis Şöbəsinə müraciət olunub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri