30 
Sen
2014
17:12
21
140
17953
Virtual karabakh

Oğlan özünü və qaçırdığı qızı yandırdı – YENİLƏNİB + FOTO + VİDEO (18+)

30 Sen, 2014
17:12
17953

Oğlan özünü və qaçırdığı qızı yandırdı – YENİLƏNİB + FOTO + VİDEO (18+)

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadisə Bakı-Quba-Rusiya sərhədi yolunun 45-ci kilometrliyində baş verib.

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində avtomobil yanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 50 CP 716 dövlət nömrə nişanlı avtomaşının içərisində olan sürücü yanaraq ölüb, onun sərnişini isə müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, maşının sürücüsü olan Sumqayıt sakini qızı evlənmək məqsədilə qaçırıb. Qız isə buna etiraz edib. Bu səbəbdən oğlan maşında olan benzini həm qızın, həm də özünün üzərinə tökərək yandırıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, magistral yolda baş verən yanğın hadisəsi zamanı 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov yanaraq ölüb, şəxsiyyəti hələlik məlum olmayan bir nəfər qadın isə yanıq xəsarətləri alıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır.

16:40

Sumqayıt şəhərində sürücü dəhşətli hadisənin qurbanı olub. Hələlik şəxsiyyəti məlum olmayan sürücü maşınında diri-diri yanıb kül olub.

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib. 

Şəhər Prokurorluğundan bildirildi ki, hələlik hadisənin necə və hansı şəraitdə baş verməsi məlum deyil. 

Prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri