10 
Okt
2014
18:00
44
10
2099
Virtual karabakh

“AvtoFM” mükafat aldı – FOTO

10 Okt, 2014
18:00
2099

“AvtoFM” mükafat aldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Radio qısa bir müddətdə böyük uğurlara nail olub.

Bu il 20 illiyini qeyd edən “Bank of Baku” yubileyi münasibətilə əməkdaşlıq etdiyi media qurumları ilə görüş keçirib.

Oxu.Az xəbər verir ki, görüşə “Bank of Baku”-nun Müşahidə Şurası, İdarə Heyətinin üzvləri və bankın əməkdaşlıq etdiyi yerli media qurumlarının rəhbərləri və jurnalistlər qatılıblar.

Tədbir ötən əsrin əvvəlini xatırladan ab-havada təşkil olunub və qonaqları həmin dövrə uyğun geyimlərdə olan xanım və bəylər qarşılayıb. Qasid isə milli mətbuatımızın ilk nəşri olan “Əkinçi” qəzetinin 2-ci buraxılışının surətini qonaqlara paylayıb.

Tədbiri giriş sözü ilə açan “Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayev media partnyorlarına illər boyu “Bank of Baku”-ya dəstək olduqlarına, uğurlu və qarşılıqlı əməkdaşlığa görə təşəkkür edib.

Daha sonra tədbirin qonağı tanınmış türkiyəli jurnalist Güneri Civaoğlu çıxış edib. Mərasimdə populyar müğənnilər Tünzalə Ağayeva və Samira öz repertuarlarından ən sevilən mahnıları ifa ediblər.

Tədbirdə “Bank of Baku” ilə əməkdaşlıq edən yerli KİV rəhbərlərinə uğurlu əməkdaşlığa görə xüsusi diplomlar təqdim edildi. Tədbirdə həmçinin 107.7 “AvtoFM” radiosu media sahəsində fəaliyyətinə görə xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, radio bir ildən çox fəaliyyəti müddətində çoxsaylı uğura imza atıb, qısa bir vaxtda geniş auditoriya qazanıb.

Nəzərinizə çatdırırıq ki, “AvtoFM” əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barəsində maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.

“AvtoFM” radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyan proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanır.

Beləliklə, gün ərzində avto aləmdə baş verən hadisələrdən, xəbərlərdən, hit musiqilərdən və s. xəbərdar olmaq istəyirsinizsə, mütləq radio dalğalarınızı 107.7 fm tezliyində yayımlanan “AvtoFM”-ə kökləyin.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri