20 
Okt
2014
18:07
7
138
3813
Virtual karabakh

Doğuş zamanı daha bir faciə

20 Okt, 2014
18:07
3813

Doğuş zamanı daha bir faciə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“9 ay müddətində müayinələr zamanı heç bir problem yaranmamışdı”.

Bakıda daha bir körpə doğuş zamanı ölüb. 

Oxu.Az xəbər verir ki, bu barədə dünyasını dəyişən uşağın atası Cəfər Cəfərov ANS PRESS-ə şikayətində bildirib.

Şikayətçi iddia edir ki, övladının ölümündə həkimlər günahkardırlar.

Belə ki, oktyabrın 16-da 1987-ci il təvəllüdlü Lalə Cəfərova doğuş üçün Sabunçu rayon 3 saylı xəstəxanaya müraciət edib. Züleyxa həkimin nəzarəti altında doğuş həyata keçirilib. Doğuş zamanı körpə beyin travması alıb. Qadın 4 kiloqram 200 qram çəkidə oğlan uşağı dünyaya gətirib. Uşağın halı pisləşdiyi üçün onu Pediatriya İnstitutuna aparıblar. Lakin orada da körpənin həyatını xilas etmək mümkün olmayıb.

“9 ay müddətində müayinələr zamanı heç bir problem yaranmamışdı. UDM, dopler müayinələri və analizləri yaxşı nəticə göstərirdi. Sonra dedilər uşaq beyin travması alıb”, - deyə Cəfər Cəfərov şikayətində bildirib.

Məsələ ilə əlaqədar Sabunçu xəstəxanasının həkimi Züleyxa xanımla və şöbə müdiri Arzu xanımla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Pediatriya İnstitutunun həkimi Tamilla Orucova ilə danışıqlarımız zamanı isə məlum oldu ki, uşaq doğuş zamanı oksigen çatışmazlığından əziyyət çəkib. Nəticədə uşaq beyin travması alıb.

Hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin verdiyi məlumata görə, hadisə ilə əlaqədar araşdırma aparılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri