Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Agentlik rəsmisi tibbi əməliyyat qiymətlərinin ödənilməsi məsələsinə aydınlıq gətirdi
“Bəzən xidmətlər zərfinin qarşısında olan məbləğlər insanları çaşdırır. Düşünürlər ki, bu məbləği onlar özləri ödəyəcək, lakin bu elə deyil”.
Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.
O bildirib ki, xidmətlər zərfində əməliyyatların qarşısında yazılan məbləğlərlə bağlı bizə çoxsaylı suallar gəlir:
“Bu məsələyə aydınlıq gətirim. Həmin məbləğlər İcbari Tibbi Sığorta Agentliyi tərəfindən üzərinə 18 % ƏDV gəlmək şərtilə tibb müəssisəsinə ödənilir. Bu o halda ödənilir ki, həmin tibb müəssisəsi vətəndaşa o xidmətləri göstərsin. Ümumilikdə, xidmətlər zərfinin qarşısında yazılan məbləğ agentlik tərəfindən tibb müəssisəsinə ödənilən məbləği göstərir”.
Könül Cəfərli
Rəylər