Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DSX-dən hərbçilərin qalmaqallı görüntüləri ilə bağlı AÇIQLAMA - VİDEO
Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinin qalmaqallı videogörüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, videogörüntülərdə iki nəfər DSX hərbçisi digərlərinin kürəyinə “Şəmkir” yazaraq, əslən Şəmkirdən olanlara salam göndərdiklərini qeyd edirlər.
Yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ünvanladıq. DSX-nin mətbuat xidmətinin rəhbəri Maya Şərifova Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən videogörüntülərin işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrin birində ötən il baş verdiyi müəyyən olunub:
“Bütün hallarda məsələ ilə bağlı DSX rəisinin göstərişi əsasında araşdırma aparılır”.
Könül Cəfərli
"DSX" teqi üzrə xəbərlər
- Əli Əsədovdan qurumlara hərbi xidmət keçmənin son yaşının endirilməsi ilə BAĞLI TAPŞIRIQ
- Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən daha bir idmançı barəsində qərar verilib
- DSX mayoruna hücumla bağlı saxlanılan dünya çempionu SƏRBƏST BURAXILDI - ÖZƏL
- DSX əməkdaşı və ona hücum edən idmançılarla bağlı YEKUN QƏRAR - ÖZƏL
- Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olundular
Rəylər