17 
May
2021
17:09
52
166
2503
Virtual karabakh

Azərbaycanda bir peşə məktəbində koronavirusa görə tədris DAYANDIRILDI

17 May, 2021
17:09
2503

Azərbaycanda bir peşə məktəbində koronavirusa görə tədris DAYANDIRILDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda yalnız 1 peşə təhsili müəssisəsi karantin səbəbilə yerində tədrisi müvəqqəti dayandırıb.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir. Ümumi heyətin 66,1 faizi birinci doza, 19,1 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak ediblər. Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.

Qeyd edilib ki, martın ayının sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri