25 
May
2021
19:13
60
370
8440
Virtual karabakh

Professor Nizami Xudiyev vəfat edib

25 May, 2021
19:13
8440

Professor Nizami Xudiyev vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (AZTV) keçmiş sədri, filologiya elmlər doktoru, professor, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri Nizami Xudiyev vəfat edib.

Bu barədə ADPU-dan məlumat verilib.

N.Xudiyev 72 yaşında vəfat edib.

Nizami Mənaf oğlu Xudiyev 1949-cu il aprel ayinin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 1990-cı ildən indiyədək ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru idi. 1994-1996-cı illər ADPU-nun rektoru,1995-ci il 2 saylı Şərur-Babək seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 1996-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 1996-2013-cü illər Nax­çıvan Dövlət Universitetinin nəzdində filologiya və Vətən tarixi üzrə ix­tisaslaşdırılmış müdafiə şurasının üzvü (N-054-1201) olub.

14 kitabın və 400-dən artıq elmi məqalənin müəllifidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri