29 
May
2021
12:56
154
25
2656
yuxarı
Metropoliten rəsmisindən “8 Noyabr” stansiyası ilə bağlı AÇIQLAMA
29 May, 2021
12:56
2656
154
25
Metropoliten rəsmisindən “8 Noyabr” stansiyası ilə bağlı AÇIQLAMA
“8 Noyabr” stansiyasının açılışı ilə Bakı Metropolitenində stansiyaların sayı 26-ya, istismarda olan tunellərin uzunluğu isə 40 kilometrə çatır.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
H. Məmmədovun sözlərinə görə, “Bənövşəyi” xəttin “8 Noyabr” stansiyası başlanğıcını Xocasən qəsəbəsindən götürüb Qaraçuxur qəsəbəsinə qədər uzanacaq 12 stansiyadan və 18,5 km tuneldən ibarət xəttin 3-cü stansiyasıdır.
Ümumilikdə 17 eskalator və üç liftdən ibarət olan stansiya üçsəviyyəlidir və fiziki məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb”.
Könül Cəfərli
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək