Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Minaya düşərək həlak olan media nümayəndələrinə şəhid statusu veriləcək - RƏSMİ
Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə şəhid statusu veriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
F.Talıbov qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə qanunvericiliyə əsasən şəhid statusu verilir:
“Həmkarlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AzTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək, həlak olması hamımızı sarsıtdı.
Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır.
Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!”
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan KİV: "Ölkə futbolunu qalmaqallı ifşalar gözləyir"
- Moskvadakı partlayışda ERMƏNİ İZİ
- Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb
- İrəvanda "Qarabağ" mahnısı oxuyanların videosunu yayan şəxs cəzalandırıldı
- Ermənistanda Azərbaycan dilində oxunan "Qarabağ" mahnısına görə cinayət işi açıldı