14 
Okt
2013
12:08
57
23
22138
Virtual karabakh

Sürücülük vəsiqəsi almaq üçün qaydalar dəyişdi

14 Okt, 2013
12:08
22138

Sürücülük vəsiqəsi almaq üçün qaydalar dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Namizədə xəritə ilə tanış olmaq imkanı veriləcək.

Bundan sonra Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququnu almaq üçün imtahan avtodrom və xüsusi marşrutlarda veriləcək.

Oxu.Az abc.az-a istinadən xəbər verir ki, Azərbaycanın Nazirlər Kabinetinin 8 oktyabr tarixli 292 saylı qərarı ilə sürücülərin hazırlıq kursları və onların ixtisaslarının artırılması haqqında əsasnamənin və nəqliyyat vasitəsini idarə etmək hüququnun verilməsi üçün imtahanlar haqqında əsasnamənin təsdiqlənməsi haqqında 15 mart 1999-cu il tarixli 41 saylı qərarına dəyişikliklər edilib.

Düzəlişlərə əsasən, nəqliyyat vasitəsini idarə etmək təcrübəsini yoxlamaq üçün imtahan iki yerə bölünəcək – imtahan xüsusi qapalı meydançada və ya avtodromda, həmçinin sınaq marşrutlarında veriləcək.

Bundan başqa, marşruta çıxmazdan əvvəl namizədə onun xəritəsi ilə tanış olmaq imkanı veriləcək. İmtahanın birinci mərhələsinə isə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nəzarət olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri