19 
Fev
2015
23:48
34
156
9227
Virtual karabakh

Azərbaycanlı alim ərəb şeyxi kimi danışdı: Yer fırlanmır - FOTO

19 Fev, 2015
23:48
9227

Azərbaycanlı alim ərəb şeyxi kimi danışdı: Yer fırlanmır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Belə çıxır ki, bu ölkələrdə Yer öz oxu ətrafında 6 ay boyu fırlanmır?”

Səudiyyə Ərəbistanında din xadiminin Yerin fırlanmadığı haqda moizəsindən sonra Azərbaycandan da bu nəzəriyyənin tərəfdarları üzə çıxmaqdadır.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Hacı Qamət Süleymanovun ardınca Azərbaycan alimi də Yerin öz oxu ətrafında fırlandığına şübhə etdiyini yazıb.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov öz Facebook səhifəsində yazıb ki, Yer öz oxu ətrafında fırlana bilməz. O, öz sözlərinin isbatı üçün Norveç kimi şimal ölkələrində Günəşin aylarla batmadığını fakt kimi göstərib.

“Belə çıxır ki, bu ölkələrdə Yer öz oxu ətrafında 6 ay boyu fırlanmır?” - deyə doktorluq dərəcəsi almaq üçün elmi işi artıq Elmlər Akademiyasının Rəyasəti tərəfindən təsdiqlənmiş gənc alim yazır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanından olan şeyx Bəndər əl-Xeybəri şagirdlərinə barmaqları ilə “sübut etməyə” çalışıb ki, Yer öz oxu ətrafında fırlana bilməz. Şagirdlərdən birinin sualına cavab olaraq şeyx əvvəlcə müsəlman alimlərindən sitat gətirib, sonra öz “məntiqi” əsaslandırmalarını irəli sürüb.

O, əlində su dolu banka tutaraq onu Yer planeti kimi təsəvvür etməyi təklif edib. Bildirib ki, əgər Yer fırlansaydı o zaman təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərindən Çinə təyyarə ilə saatlarla uçmaq lazım gəlməzdi, təyyarə havada dayansa elə Çin özü təyyarəyə tərəf gələrdi, yaxud ondan uzaqlaşardı.

Səudiyyə şeyxinin bu moizəsi dünyada böyük istehzaya və lağ predmetinə çevrilib. İndi isə vəziyyət daha ciddidir. Azərbaycanda Yerin fırlanmadığını sübut etmək istəyən artıq din xadimi deyil, əsl alimdir...

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri