23 
Fev
2015
12:19
92
154
32852
Virtual karabakh

Bakıda 380 minlik avtomobil yararsız hala düşdü – FOTO

23 Fev, 2015
12:19
32852

Bakıda 380 minlik avtomobil yararsız hala düşdü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobilin üstünə daş düşüb.

Paytaxtda kəskin hava şəraiti bir sıra fəsadlar törədib.

Oxu.Az xəbər verir ki, fevralın 21-i güclü küləyin əsməsi nəticəsində Yasamal rayonu ərazisində Bəsti Bağırova küçəsindəki binalardan birinin üzlük hissəsi qoparaq 90 MD 721 dövlət nömrə nişanlı “Mercedes Benz S class” markalı avtomobilin üstünə düşüb.

Məlumata görə, iri daş parçasının bahalı avtomobilin üstünə düşməsi nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Zərbə o qədər güclü olub ki, “Mercedes Benz S class” markalı avtomobilin ban hissəsi tamamən dağılıb.

Qeyd edək ki, “Mercedes Benz S class”ın qiyməti komplektasiyasından fərqli olaraq 250 000 - 365 000 ABŞ dolları (383 000 AZN) təşkil edir.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri