May
2015
15:57
58
480
34247
Virtual karabakh

Vəfa Quluzadə dəfn edildi - YENİLƏNİB + FOTO

Tanınmış politoloq oğlunun məzarı yanında torpağa tapşırılıb.

Dünən dünyasını dəyişən tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dəfn olunub.

Oxu.Az xəbər verir ki, mərhumun cənazəsi yaşadığı evdən götürülüb və Yasamal qəbiristanlığında - gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarı yanında torpağa tapşırılıb.

00:57

Tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, V. Quluzadənin səhhəti qəflətən pisləşib və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlib. Onun ürəyində şuntlama əməliyyatı keçirilib, əməliyyatdan sonra V. Quluzadə palataya yerləşdirilib. Lakin bir az sonra onun səhhəti qəflətən pisləşib və dünyasını dəyişib.
 
V. Quluzadənin cənazəsi məscidə gətirilib. Qohumlarının bildirdiyinə görə, V. Quluzadə sabah Yasamal qəbirstanlığında gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarının yanında dəfn ediləcək. 

01.05.2015 23:26

Azərbaycanın tanınmış politoloqu Vəfa Qulzuadə vəfat edib.

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət Müşaviri vəzifəsində çalışıb (1990-1999).

Oxu.Az kollektivi mərhumun yaxınlarına və doğmalarına başsağlığı verir.

Allah rəhmət etsin!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri