Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vəfa Quluzadə dəfn edildi - YENİLƏNİB + FOTO
Dünən dünyasını dəyişən tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dəfn olunub.
Oxu.Az xəbər verir ki, mərhumun cənazəsi yaşadığı evdən götürülüb və Yasamal qəbiristanlığında - gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarı yanında torpağa tapşırılıb.
00:57
Tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, V. Quluzadənin səhhəti qəflətən pisləşib və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlib. Onun ürəyində şuntlama əməliyyatı keçirilib, əməliyyatdan sonra V. Quluzadə palataya yerləşdirilib. Lakin bir az sonra onun səhhəti qəflətən pisləşib və dünyasını dəyişib.
V. Quluzadənin cənazəsi məscidə gətirilib. Qohumlarının bildirdiyinə görə, V. Quluzadə sabah Yasamal qəbirstanlığında gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarının yanında dəfn ediləcək.
01.05.2015 23:26
Azərbaycanın tanınmış politoloqu Vəfa Qulzuadə vəfat edib.
Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət Müşaviri vəzifəsində çalışıb (1990-1999).
Oxu.Az kollektivi mərhumun yaxınlarına və doğmalarına başsağlığı verir.
Allah rəhmət etsin!
"Bakı" teqi üzrə xəbərlər
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI
- Nostaljidən sevincə - Bakının qış MƏNZƏRƏSİ
- Bakıda "Nuxa" restoranının fəaliyyəti dayandırılıb
- Bakının hansı küçələrində sıxlıq var? - 19.02.2025
- Bakıda ana və iki övladının vurulması ilə nəticələnən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ