20 
May
2015
10:38
22
32
2534
Virtual karabakh

“Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qalibləri mükafatlandırıldı

20 May, 2015
10:38
2534

“Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5000-dən çox elektron lövhə paylanılıb.

Bu gün Təhsil Nazirliyi və “Edumedia Azərbaycan”nın təşkil etdiyi “Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qaıiblərinin mükafatlandırılma mərasimi keçirilib. 

Oxu.Az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “EduMedia Azərbaycan” təşkilatının direktoru Elxan Əzizov, ali və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib. 

2011-ci ildən ümumtəhsil məktəblərinin elektron lövhələri ilə təchizatı prosesinə başlanılıb. Təhsil Nazirliyi 640-dan çox ümumtəhsil məktəblərinə belə lövhələr paylayıb. 

Ceyhun Bayramov çıxışında bildirib ki, ümumilikdə 5000-dən çox elektron lövhə paylanılıb. 

“60-a yaxın dərslik elektron formata salınıb. Bu istiqamətdə də işlər növbəti illərdə davam edəcək”, - nazir müavini deyib.

Qeyd edək ki, elektron lövhələrdən istifadənin effektivliyinin artırılması məqsədilə ümumtəhsil məktəblərinin 4300-dən çox müəlliminə təlim keçirilib.

Ülviyyə R. Əli 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri