16 
Apr
2024
13:32
6
55
697
Virtual karabakh

Narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

16 Apr, 2024
13:32
697

Narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il qəbul olunmuş yeni statistik hesabat formasına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən, 2023-cü il dekabrın 31-də Azərbaycan üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 36 659 nəfər təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.

Qeyd olunub ki, onlardan 20 246 nəfəri opioidlərin, 7 955 nəfəri kannabioidlərin, 8 458 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir. Onlardan 802 nəfəri qadındır. 2023-cü ildə müvafiq diaqnozla dispanser nəzarətinə 3 796 nəfər götürülüb, 2 153 nəfər isə nəzarətdən çıxarılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri