16 
Apr
2024
22:50
9
137
1321
Virtual karabakh

Masallıda məktəb binası qəzalı vəziyyətdədir: “Hər an ciddi təhlükə ilə üzləşə bilərlər” - VİDEO

16 Apr, 2024
22:50
1321

Masallıda məktəb binası qəzalı vəziyyətdədir: “Hər an ciddi təhlükə ilə üzləşə bilərlər” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonu, Ərkivan qəsəbəsinin 1 saylı tam orta məktəbi bərbad vəziyyətdədir.

Sakinlərin sözlərinə, 40 ilə yaxındır tikilən məktəb bu günə kimi heç vaxt təmir olunmayıb:

“Məktəbin istismar müddəti artıq başa çatıb. Vaxtilə geniş fəaliyyəti olan məktəbdə siniflər odun sobası ilə qızdırılır. Döşəmə yoxdur, tavan çökmüş vəziyyətdədir. Yağış yağan kimi sinif otaqlarına su damır. Qapı-pəncərələr, divar sökülüb. Uşaqlar təhlükəli vəziyyətdə təhsil alırlar, hər an ciddi təhlükə ilə üzləşə bilərlər”.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri Qoşqar Hətəmov bildirib ki, sözügedən məktəbə aidiyyəti baxış keçirilərək qüsur aktı tərtib edilib və təmir siyahısına salınıb. Bu ilin yay aylarında təhsil ocağında təmir işlərinin aparılması nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri