17 
Sen
2015
18:18
84
31
2258
Virtual karabakh

BBC Monitoring Azərbaycanda fəaliyyətini dayandırır

17 Sen, 2015
18:18
2258

BBC Monitoring Azərbaycanda fəaliyyətini dayandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Büro Azərbaycanda 15 ildən çoxdur fəaliyyət göstərir.

“BBC Monitoring” Azərbaycandakı fəaliyyətini yekunlaşdıraraq ölkədən getməyə hazırlaşır.

Oxu.Az sputnik-ə istinadən xəbər verir ki, “BВС Monitoring” 6 ay ərzində Azərbaycandakı fəaliyyətini başa vurub Tiflisə köçəcək.

“ВВС Monitoring”in Bakı ofisindən bu informasiyanı şərh etmək istəməyiblər. BBC-nin Londondakı mənzil-qərargahından və rus xidmətindən də bu xəbərə şərh verməkdən imtina ediblər.

Yada salaq ki, “ВВС Monitoring”in bürosu Azərbaycanda 15 ildən çoxdur fəaliyyət göstərir. Bu illər ərzində büro tərəfindən kəskin analitik materiallar hazırlamaq da daxil olmaqla müxtəlif layihələr həyata keçirilib.

“ВВС Monitoring” Böyük Britaniyanın BBC teleradioyayım korporasiyasının bütün dünyada TV-lər, çap və internet mənbələri üzərində monitorinqlər aparılmasına məsul qurumudur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri