24 
Noy
2016
20:26
53
97
7255
Virtual karabakh

Bakıda voleybol üzrə Avropa çempionatının püşkü atılıb – FOTO

24 Noy, 2016
20:26
7255

Bakıda voleybol üzrə Avropa çempionatının püşkü atılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda, Heydər Əliyev Mərkəzində qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Oxu.Az-ın Report-a məlumatına görə, tədbir təşkilatçı ölkələr - Azərbaycan və Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bundan sonra bədii hissə olub. Azərbaycanın xalq artisti Brilliant Dadaşova çempionatın himnini ifa edib. Daha sonra Azərbaycanda voleybolun tarixindən bəhs edən qısa film nümayiş etdirilib, yarışın keçiriləcəyi şəhərlər barədə məlumat verilib. 

Baş nazirin I müavini, voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov bildirib ki, Avropa çempionatının Azərbaycan və Gürcüstana həvalə olunması dövlət siyasətinin, ölkədə idmana göstərilən diqqət və qayğının nəticəsidir. Onun sözlərinə görə, Azərbaycan artıq bütün dünyada idman ölkəsi kimi tanınır: 

“Hər il ölkədə nüfuzlu yarışlar keçirilir. 2020-ci ilədək İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran Prisi və futbol üzrə Avropa çempionatının oyunları təşkil olunacaq. Voleybol üzrə 2017-ci il Avropa çempionatı isə ilk dəfə Bakıda keçiriləcək. Təşkilat Komitəsinin sədri olaraq, çempionatın yüksək səviyyədə təşkili üçün lazımi işləri görəcəyimizi bəyan edirəm”.

Gürcüstan gənclər və idman nazirinin müavini Şalva Qoqoladze və Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç yarış iştirakçılarına uğurlar arzulayıb. 
Bundan sonra püşkatma mərasimi başlayıb və səhnəyə Azərbaycan millisinin sabiq voleybolçusu Oksana Kurt, həmçinin hazırkı yığma üzvü Valeriya Məmmədova dəvət olunub. İlk olaraq qruplara başçılıq edən komandalar müəyyənləşib. Azərbaycan A, Gürcüstan B, Rusiya C, Serbiya isə D qrupunun birincisi olub. Püşk nəticəsində qrupların tərkibi belə müəyyənləşib: 

A qrupu: Azərbaycan, Almaniya, Polşa, Macarıstan (Bakı) 

B qrupu: Gürcüstan, İtaliya, Xorvatiya, Belarus (Tbilisi) 

C qrupu: Rusiya, Türkiyə, Bolqarıstan, Ukrayna 
(Bakı) 

D qrupu: Serbiya, Hollandiya, Belçika, Ukrayna (Göygöl)

Qeyd edək ki, Avropa çempionatı gələn il sentyabrın 20-dən oktyabrın 1-dək keçiriləcək. Qonşu ölkədə cəmi bir qrupun oyunları və 1/4 final matçları olacaq. Digər 3 qrupdan biri 
Göygöldə, ikisi isə Bakıda mübarizə aparacaq. Yarımfinal və final görüşləri də Bakıda baş tutacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri