14 
İyn
2017
16:00
47
200
5029
Virtual karabakh

“Formula-1” Azərbaycan Qran-Prisində dünya ulduzları və yerli ifaçılar çıxış edəcək – FOTO

14 İyn, 2017
16:00
5029

“Formula-1” Azərbaycan Qran-Prisində dünya ulduzları və yerli ifaçılar çıxış edəcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula-1” Azərbaycan Qran-Prisini izləməyə gələn tamaşaçılar üçün 22-25 iyun tarixlərini əhatə edən dörd günlük geniş əyləncə proqramı hazırlayıb.

BŞH-dən Oxu.Az-a bidirilib ki, proqramda nəzərdə tutulan bütün tədbirlər dənizkənarı bulvar ərazisi ilə yanaşı, Sahil və Sabir parklarında yerləşən əyləncə zonalarında baş tutacaq. Əyləncə proqramı 22 iyunda, saat 14:00-dan 22:00-dək davam edəcək, 23-25 iyun tarixlərində isə səhər saat 10:00-da başlayıb axşam saat 23:00-da başa çatacaq.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim Oxu.Az-a müsahibəsində yarışın bayram əhval-ruhiyyəsində keçəcəyini bildirib: “Biz bu il “Formula-1” Azərbaycan Qran-Prisinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş və daha məzmunlu əyləncə proqramı hazırlamışıq. Artıq yarışa 10 gün qalıb və son günlər ərzində yerli sakinlər buna daha çox maraq göstərirlər”.

İyunun 23-ü dünyaca məşhur türkiyəli müğənni Tarkan, iyunun 24-ü dünya ulduzlarından Nikol Şerzinger və “The Black Eyed Peas” musiqi qrupu və nəhayət, iyunun 25-i musiqi dünyasında əvəzolunmaz xidmətləri olan Meraya Keri səhnəyə çıxacaqlar.

Yarışı izləməyə gələn tamaşaçılar Azərbaycanın gənc istedadlarının ifasında müxtəlif yerli və xarici mahnıları dinləyə biləcəklər.

Azərbaycanı bu il Ukraynanın Kiyev şəhərində keçirilmiş Avroviziya müsabiqəsində “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyevanın (Dihaj) rəhbərliyindəki musiqi qrupu 23-25 iyun tarixlərində dənizkənarı bulvar ərazisində yarış həvəskarlarının qarşısına çıxacaq.

2007-ci ildə keçirilmiş “Yeni Ulduz” müsabiqəsinin qalibi Çingiz Mustafayev və başçılıq etdiyi “Palmas” qrupu, həmçinin Anar Keytarman rəhbərlik etdiyi musiqi qrupu ilə 22-24 iyun tarixlərində “Formula-1” azarkeşləri üçün ən çox dinlənən ifalarını səsləndirəcək.

Azərbaycanlı sirk ustası və 2015-ci ildə ABŞ-da keçirilmiş istedadlar yarışmasının finalçısı Üzeyir Novruzov Azərbaycan Qran-Prisini izləməyə gələn tamaşaçılara nərdivanla möhtəşəm şou nümayiş etdirəcək.

Həmçinin REEF, Bikoo, George Effe və Twist kimi tanınmış diceylərin şousu baş tutacaq.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri