Avq
2017
08:48
82
20
4519
Virtual karabakh

“Qəbələ” üçün şans – “Panatinaikos” sınağına doğru

3 Avq, 2017
08:48
4519

“Qəbələ” üçün şans – “Panatinaikos” sınağına doğru

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Qəbələ” komandası Avropa Liqasında növbəti oyununa çıxacaq.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Yunanıstan təmsilçisi “Panatinaikos”u qəbul edəcək.

Bakıda baş tutacaq görüş həlledici xarakter daşıyır. Səfərdə afinalılara 0:1 hesabı ilə uduzan “Qəbələ” “play-off” mərhələsinə vəsiqə qazanmaqdan ötrü mütləq qalib gəlməlidir. Üstəlik, “qırmızı-qaralar” üçün qapılarını toxunulmaz saxlmaq da önəmlidir. Rəqib paytaxtda fərqlənərsə, qəbələlilər üçün iki top fərqi ilə qələbə qazanmaq zərurəti yaranacaq.

Qeyd edək ki, “Qəbələ” 2 il əvvəl Avropa Liqasının “play-off” mərhələsində “Panatinaikos”u səfər qolları (0:0,2:2) hesabına mübarizədən kənarlaşdırıb.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

3 avqust

21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)

Baş hakim: Kreyq Pauson

Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn

Dördüncü hakim: Kevin Friend (hakimlər briqadası İngiltərədəndir)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)

Bakı. “8-ci km stadionu”

İlk oyun – 0:1

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri