22 
Avq
2017
14:37
11
48
1864
Virtual karabakh

Norveç millisinin Azərbaycan və Almaniya ilə oyunlar üçün heyəti açıqlandı - SİYAHI

22 Avq, 2017
14:37
1864

Norveç millisinin Azərbaycan və Almaniya ilə oyunlar üçün heyəti açıqlandı - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveç milli komandasının futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan və Almaniya yığmaları ilə görüşlər üçün heyəti açıqlanıb.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, baş məşqçi Lars Laqerbek qarşıdakı oyunlara 24 oyunçu dəvət edib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü hücumçudur.

Qapıçılar: Sten Mixael Qritebust (“Odense”, Danimarka), Andre Hansen (“Rusenborq”), Rune Yarsteyn (“Herta”, Almaniya).

Müdafiəçilər: Haytam Alisami (“Palermo”, İtaliya), Omar Elabdellaui (“Hall Siti”, İngiltərə), Birgir Melinq (“Rusenborq”), Hovard Nordtveyt (“Hoffenhaym”), Tore Reginiussen (“Rusenborq”), Yonas Svensson (“Rusenborq”), Yorgen Şelvik (“Rusenborq”), Qustav Valsvik (“Ayntraxt” Braunşveyq, Almaniya).

Yarımmüdafiəçilər: Sander Berge (“Genk”, Belçika), Jo İnge Berget (“Malmö”, İsveç), Mats Müller Deli (“Sankt-Pauli”, Almaniya), Mohamed Elyunussi (“Bazel”, İsveçrə), Stefan Yohansen (“Fulhem”, İngiltərə), Anders Konradsen (“Rusenborq”), Martin Linnes (“Qalatasaray”, Türkiyə), Ole Kristian Selnes (“Sent-Etyen”, Fransa), Anders Trondsen (“Rusenborq”).

Hücumçular: Alexander Sörlot (“Midtyulland”, Danimarka), Coşua Kinq (“Bornmut”, İngiltərə), Byörn Maars Yonsen (“Den Haq”, Hollandiya), Tarik Elyunussi (“Olimpiakos”, Yunanıstan).

Qeyd edək ki, Norveç millisi Azərbaycanla sentyabrın 1-də evdə, Almaniya ilə isə sentyabrın 4-də səfərdə üz-üzə gələcək.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri