27 
Dek
2019
12:20
79
40
2693
Virtual karabakh

Oxu.Az Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı - FOTO/VİDEO

27 Dek, 2019
12:20
2693

Oxu.Az Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Gənclər və İdman Nazirliyi ilin yekunları ilə bağlı tədbir keçirib.

Oxu.Az-ın xəbərinə görə, Gənclər və İdman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış etdikdən sonra müxtəlif nominasiyalar üzrə ən yaxşılar elan olunub.

Bunların arasında Oxu.Az saytı da olub. Saytımız idman tədbirlərini ən yaxşı işıqlandıran informasiya agentliyi kimi mükafatlandırılıb. Mükafat saytımızın əməkdaşı Səbuhi Musayevə verilib. Digər mükafatçıları təqdim edirik:

İlin məşqçiləri  Ziyad Xəlfəyev (atletikanın üçtəkanla tullanma növü üzrə idmançı Nazim Babayevin məşqçisi), Rəşad Əhmədov (taekvondo yığmamızın böyük məşqçisi), Əkbər Muradov (güllə atıcılığı üzrə paralimpiyaçılardan ibarət yığmamızın baş məşqçisi)

İlin hakimləri – Emin Qurbanəliyev (boks), Fariz Hüseynov (cüdo), Asif Şirəliyev (güləş)

İdman yarışlarını yüksək səviyyədə təşkili və keçirilməsinə görə – Gimnastika Federasiyası

İlin federasiyası – Cüdo Federasiyası

İlin komandası – Şahmat üzrə qadınlardan ibarət millimiz

İlin idman könüllüsü – Dinarə Əliyeva

İlin Uşaq-Gənclər İdman Məktəbi – Göyçay Uşaq-Gənclər İdman Məktəbi

İlin idman təşkilatı – Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti (Dinamo)

İlin idman həkimi – Olqa Panina (Velosiped Federasiyası), Zaur Abdullayev (Boks Federasiyası)

İlin ən fəal veteranı – Tofiq Babanlı (boks)

İlin idman qurğuları – Şəki OİK, Beyləqan OİK, Qazax OİK

İlin idman verilişlərinin təşkilatçı jurnalisti – Mehman Rəsulov (“Real” TV)

İlin idman tədbirlərini işıqlandıran ən yaxşı agentliyi – Oxu.Az saytı

İlin ən yaxşi idman televiziya verilişləri kanalı – “Azad Azərbaycan” müstəqil teleradio kompaniyası

İlin ən yaxşı televiziya verilişləri layihəsi – “İdman və media” (“İdman” TV)

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 2019-cu ilin yekunlarına əsasən təsis olunan mükafatlar: 

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi - Altay Həsənov

Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı – Rəşad Cavadov

Ədalətli oyun prinsiplərinə sadiq hakim – Eldar Zülfüqarov

Ədalətli oyun prinsiplərinə sadiq məşqçi – Əsgərxan Novruzov

Ədalətli oyun prinsiplərinə sadiq idmançı – Nazim Babayev

Ədalətli oyun prinsiplərinə sadiq səfir – “Bu şəhərdə” kollektivi

Bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə – Səbuhi Qarayev, Xəyal Piriyev

İlin idmançıları  Rostislav Pevtsov (triatlon), Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Milad Beiqi (taekvondo), Hacı Əliyev (güləş), Mariya Stadnik (güləş), Rüstəm Orucov (cüdo), Zöhrə Ağamirova (bədii gimnastika), Elçin Əsədov (velosiped), Ramal Aslanov (kikboksinq), Aynur Məmmədova (parataekvondo)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri