Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
AVRO-2024: Azərbaycan millisi San-Marinodan da pis nəticə göstərib
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyunu da böyükhesablı məğlubiyyətlə başa vurub.
Oxu.Az xəbər verir ki, ilk görüşdə Avstriyaya 1:4 hesabı ilə uduzan milli ötən gecə İsveç səfərində daha acınacaqlı məğlubiyyətlə üzləşib - 0:5. Canni De Byazinin rəhbərlik etdiyi komanda hazırda seçmə mərhələdə ən pis nəticə göstərən kollektivlərdən biridir. Hətta qitənin ən zəifləri hesab edilən San-Marino və Cəbəllütariqin çıxışları daha yaxşıdır.
İki oyun keçirən komandalardan Lixtenşteyn, San-Marino, Bolqarıstan, Azərbaycan, Malta və Cəbəllütariq xal qazana bilməyib. Millinin top fərqi -8-dir ki, bu da yalnız Lixtenşteyni (-11) üstələməyə imkan verir. Bu baxımdan Cəbəllütariq (-6), Bolqarıstan (-4), San-Marino (-4) və Maltada (-3) göstərici daha yaxşıdır. Yalnız onunla öyünmək olar ki, adıçəkilən kollektivlərdən təkcə Malta Azərbaycan yığması kimi qol vurmağı bacarıb.
Faiq Tahirov
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu