17 
May
2017
09:40
148
19
2784
yuxarı
Bakıda evlərini turistlərə kirayə verənlərin sayı artıb
17 May, 2017
09:40
2784
148
19
Bakıda evlərini turistlərə kirayə verənlərin sayı artıb
Azərbaycanda şəxsi evlərin turistlərə kirayə verilməsi halları artıb.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
Onun sözlərinə görə, belə hallar həm Bakının mərkəzində, həm də Bakıdan kənar ərazilərdə müşahidə edilir.
Azərbaycanda hotellərin sayının az olduğunu deyən M.Ağakərimov qeyd edib ki, ölkədə yeni hotellər inşa edilməlidir.
AzTA rəsmisi qeyd edib ki, hotellərin inşası üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir: “Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Ona görə də hotellərə tələbat var”.
M.Ağakərimovun sözlərinə görə, hazırda Azərbaycanda 535 hotel fəaliyyət göstərir. Həmin hotellərin 146-sı Bakı və Abşeron yarımadasında yerləşir.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Turizm xəbərləri
24 
Apr
2024
02:00
Turizm sahəsində geniş potensiala malik olan Hadrutdan yeni görüntülər - VİDEO
152
10
2942
21 
Apr
2024
09:00
Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA + VİDEO
15
158
1700