27 
May
2021
10:38
40
428
7207
Virtual karabakh

İki erməni diversant qrupu Azərbaycan ərazisinə keçməyə cəhd göstərib - RƏSMİ

27 May, 2021
10:38
7207

İki erməni diversant qrupu Azərbaycan ərazisinə keçməyə cəhd göstərib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və  yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər. 

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri