Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyəli jurnalistdən fəryad: “Ermənistan yenə qətliam etdi”
“Ermənistan yenə qətliam etdi. İki günahsız insanı həyatdan qopardı”.
Bu barədə “CNN Türk” televiziyasının reportyoru Fulya Öztürk Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə danışan zaman bildirib.
Jurnalistin sözlərinə görə, onlar Vətən müharibəsi zaman Ermənistanın etdikləri qətliamı, zülmü günlərcə dünyaya çatdırdılar:
“Nə yazıq ki, iki sevdiyim, çiyin-çiyin çalışdığım Məhərrəm İbrahimov və Sirac Abışov ermənilər tərəfindən öldürüldü”.
O bildirib ki, Qarabağda döyüşlər zamanı Azərbaycan əsgərləri bizə davamlı bildirdilər ki, diqqətli olaq - hər yerdə minalar var:
“İşğalçı ermənilər hər yerə minalar yerləşdiriblər. Bir neçə dəfə biz də bu tərz hadisələrlə qarşı-qarşıya qalmışdıq. Bu çox ağır xəbər oldu.
Bizə dəstək olan, hər dəfə bizə kömək edən iki əməkdaşımızı itirdiyimiz üçün çox pis olmuşam. Onlar vəzifə xidmətlərini yerinə yetirən zaman şəhid oldular. Başımız sağ olsun”.
"Ermənistan" teqi üzrə xəbərlər
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"