18 
Fev
2015
16:19
190
15
6082
Virtual karabakh

Vəfa Quluzadə: Ermənistan tualet kağızı kimidir - MÜSAHİBƏ

18 Fev, 2015
16:19
6082

Vəfa Quluzadə: Ermənistan tualet kağızı kimidir - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünyada heç kəs “erməni soyqırımı” barədə düşünmür”.

Oxu.Az-ın suallarına politoloq, Azərbaycanın xarici siyasi məsələlər üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə cavab verir.

- Ermənistan prezidenti parlamentdən Türkiyə ilə münasibətlərin nizamlanmasına dair məşhur protokolların geri çağırılmasını qərara alıb. Bu qərarın arxasında nə durur?

- Ermənistan bu protokolları heç bir zaman səmimi imzalamayıb, çünki Moskvada Türkiyə və Ermənistanın sərhəddinin açılmasına qarşı olublar. Onlar buna neqativ münasibətlərini göstərmək istəmirdilər, ona görə də Sürix protokollarının imzalanmasına icazə verdilər. Onların yerinə yetirilməsinə gəldikdə isə bu ola bilməzdi, çünki Moskva Ermənistanın daha güclü iqtisadi dövlət kimi Türkiyəyə tərəf meyl etməsinə, investisiyalarının yatırılmasına və onun qanadı altında isinməyə yol verə bilməzdi. İndi Ermənistan bu səbəblərdən ya himayədarının əmri ilə, ya da ona xoş görünmək üçün edib.

- Protokolların geri çağırılmasına ictimai-siyasi mühitdə münasibət birmənalı deyil. Bunu ciddi siyasi alternativin itirilməsi hesab edənlər də az deyil.

- Əlbəttə. Ermənilər uduzurlar. Amma bu itkilər Moskvanın vecinə deyil. Ermənistan Moskvaya yalnız lazım olduğu halda istifadə edilən tualet kağızı kimidir. Bu isə təbiidir, axı o, Ermənistanın maraqları deyil, öz maraqları haqqında düşünür.

- Sarkisyanın 24 aprel kontekstində hərəkət etdiyini düşünənlər də az deyil.

- 24 aprel nədir ki? Tamamilə heç nə. Yaxşı, ermənilər yığışaraq, sovet dövründə qoyulmuş  “erməni soyqırımı” memorialının qarşısında tədbir keçirdəcəklər. Sonra? Dünyada heç kim “erməni soyqırımı” haqqında düşünmür, bunu ciddi qəbul etmir. Ermənistan və Türkiyə arasında gərginliyin artması məqsədi gedən bu mövzu kənardan dəstəklənir. Həmin qüvvələr Türkiyənin Qərb ölkələri ilə münasibətlərin inkişafına, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına imkan vermir.  

- Yenə də İrəvanda aprelin 24-də keçiriləcək tədbirlərdə Türkiyə hakimiyyətindən kim isə iştirak edə bilərmi?

- Heç kim gəlməyəcək.

- Türklərin Azərbaycanın da bölüşdüyü mövqeyi bundan sonra da qoruyacaqlarından əminsiniz?

- Əlbəttə. Bu mövqedən nəyə görə çəkilməlidirlər ki?

- Sarkisyan erməni gəncləri qarşısında məqsəd qoydu: “Sizdən əvvəlki nəsil Qarabağ məsələsini həll etdi, siz isə Türkiyədəki torpaqları qaytarmalısız”. “Soyqırım” iddiasının ardından Ermənistanın Türkiyədən təzminat istəyərək, Türkiyənin cənubi torpaqlarına iddia etməsi ehtimalı varmı?

- Ermənistan kimsədən nə isə tələb edə biləcək vəziyyətdə deyil. O, heç Dağlıq Qarabağətrafı yeddi rayonu öz məqsədləri üçün istifadə etmir. Və “Dağlıq Qarabağ” heç bir zaman - Ermənistan özü də daxil olmaqla - tanınmayacaq. Ona görə də “Biz Qarabağı Azərbaycandan aldıq”, “İndi isə Türkiyədəki torpaqlarımız qalır” sözləri tamamən demaqogiyadır. Həm də çox ucuz demaqogiya.

- Bununla yanaşı Ermənistanda anti-hakimiyyət əhval-ruhiyyəsi yaranır. Bunun qarşısında Sarkisyan rejiminin mövqeyi nə dərəcədə dayanıqlıdır?

- Sarkisyan hamının gözünü ağrıdıb. Məsələ onu kimin aradan götürəcəyindədir. Əgər ermənilər onu özləri götürsələr və öz talelərini öz əllərinə alsalar, bu başqa məsələdir. Amma əgər Moskva Sarkisyanı hər hansı bir digər “yana” dəyişsə, Ermənistan heç nə qazanmayacaq. Qarabağ probleminin həlli sahəsində də.

- Yəni Qarabağ probleminin həlli Ermənistanda Sarkisyan və onun həmfikirləri olduğu müddətdə mümkün deyil?

- Əgər ermənilər müstəqil hərəkət edə bilsəydilər, biz çoxdan hər cür hərbi hərəkatı dayandırardıq və nizamlanmaya qədər belə hadisələrin baş verməsinə yol verməzdik. Nəyə görə bu və ya digər tərəfdən olan gənclər təmas xəttində təxribatlar nəticəsində snayper güllələrindən həlak olur? Bu, mənasızdır.

Əgər Ermənistan öz taleyini özü həll etmək iqtidarında olsa, biz ermənilərlə tez bir zamanda sülh haqqında razılığa gələ bilərik. Mən buna şübhə etmirəm.

L.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri