İyl
2015
15:46
25
268
18215
Virtual karabakh

REN TV Qarabağda rusiyalı milyonçunu tapdı – VİDEO

8 İyl, 2015
15:46
18215

REN TV Qarabağda rusiyalı milyonçunu tapdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sterliqovun Şuşaya köçməsinin səbəbləri məlum oldu.

Rusiyanın REN TV kanalı Şuşada çəkilmiş eksklüziv kadrları yayıb. 

Kadrlarda Şuşaya köçmüş Rusiyanın tanınmış biznesmeni, milyonçu German Sterliqov görünür. 

Oxu.Az televiziya kanalına istinadla xəbər verir ki, Sterliqov Dağlıq Qarabağda gizli yaşayır. Demək olar ki, heç kimlə ünsiyyət saxlamır. Bir-birinin ardınca mehmanxanaları dəyişir. 

Sterliqovun yaşadığı son mehmanxana “Avan Şuşi Plaza” olub. 

“Bəli, onlar ailəliklə burada yaşayıblar. Bu yaxınlarda – iyulun 2-də mehmanxanadan çıxıblar”, - REN TV-yə mehmanxanadan deyilib.  

Sterliqovun Rusiyadan getmə səbəblərindən biri, RMHT – Rus milliyyətçilərinin hərbi təşkilatı ilə bağlı araşdırmada onun adının hallanmasıdır.

Bu qruplaşma Rusiyada dövlət quruluşunu dəyişməyi planlaması ilə məşhurdur.

Bunu ölkədə sabitliyin pozulması ilə etmək planlaşdırılırdı. Bunun üçün isə rus olmayanları və milliyyətçilərlə mübarizə aparanları öldürməyə başladılar.

Məsələn, qruplaşmanın üzvlərindən biri – Aleksey Korşunov – Moskvada hakim Eduard Çuvaşovun güllələnməsində şübhəli bilinirdi. O, milliyyətçilərin işinə dair hökm verdiyinə görə cəzalanıb. Daha sonra Korşunov Ukraynaya qaçıb, orada gecə gəzintisinə özü ilə götürdüyü qumbaranın partlaması zamanı həlak olub.

Qruplaşmanın lideri İlya Qoryaçev, fəallar – Mixail Volkov, Maksim Baklaqin, Vyaçeslav İsyaev, Yuri Tixomirov, Nikita Tixonovdur. Sonuncu adıçəkilən vəkil Stanislav Markelovun və “Novaya qazeta”nın jurnalisti Anastasiya Baburovanın qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. Qətlin hazırlanmasında Tixonovun vətəndaş nikahında olduğu Yevgeniya Xasis də iştirak edib.

Çuvaşov, Markelov və Baburovadan başqa, qruplaşma antifaşist hərəkatının liderləri Fedor Filatovun, İlya Caparidzenin və İvan Xutorskinin, eləcə də Tayland boksu üzrə dünya çempionu Müslüm Abdullayevin ölümündə günahkardırlar.

Yaxın günlərdə German Sterliqov öz gələcək planları haqqında danışmaq niyyətindədir. Artıq REN TV jurnalistlərinə “hər şeyin Moskvada həll olunmasını” deyib, bununla da onun Rusiyadan getməsinin səbəbinin RMHT ilə əlaqəli olmasına dair şübhələri gücləndirib.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri