20 
İyl
2015
11:54
24
489
16254
Virtual karabakh

Sterliqov: Azərbaycan təhrikçilərinə tüpürürəm

20 İyl, 2015
11:54
16254

Sterliqov: Azərbaycan təhrikçilərinə tüpürürəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı biznesmen Qarabağa qayıdıb.

Qalmaqallı rusiyalı biznesmen German Sterliqov Moskvadan işğal olunmuş Dağlıq Qarabağa öz ailəsinin yanına gedib.

Oxu.Az xəbər verir ki, bu barədə biznesmen “Vkontakte” sosial şəbəkəsində öz səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, bir neçə gün əvvəl Sterliqov Rusiya hüquq-mühafizə orqanlarına Moskvaya 3 günlük qayıdacağını bildirib. Lakin bu vaxt ərzində hüquq-mühafizə orqanları sahibkara heç bir maraq göstərməyiblər və o Şuşaya öz ailəsinin yanına qayıdır.

Sterliqovun sözlərinə görə, o bunu Azərbaycan və Rusiya KİV-nin “böhtanlarına” cavab vermək üçün edib. Biznesmen qeyd edib ki, o Qarabağa Rusiya polisindən gizlənmək üçün gəlməyib.

Sterliqov həmçinin ona və vəkilinə qarşı cinayət işi qaldırılması haqda məlumatlara münasibət bildirib. 

“Hüquqi mexanizmlərdən istifadə edərək mənim Qarabağa qayıtmağımın qarşısını almağa çalışan İsrail və Azərbaycan təhrikçilərinə tüpürürəm”, - yazıda bildirilir.

Qeyd edək ki, Sterliqova qarşı cinayət işi  Tel-Əvivdə yaşayan İsrail vətəndaşı Milana Qorenşteyn müraciətindən sonra qaldırılıb. Qadın həmçinin onun vəkili Artur Ayrapetovaanın statusunun alınması tələbi ilə bağlı da müraciət edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri